
Sayt üçün hostinqin seçilməsi
Salam əziz oxucu!
Sayt hazırlamağın lap bünövrəsində ən vacib hesab olunan amillərdən biridə sayt üçün domen və hostinqin seçilməsidir. Saytın qısa və yadda qalan domen adının olmağı müsbət bir kriteriya olduğu kimi də, çox keyfiyyətli və etibarlı hostinqi də olmalıdır. Çünki məs hostinqin keyfiyyətindən gələcəkdə saytın 80-90% işi asılıdır. Qalan 10-20% isə mən düşünürəm ki, saytın içindəki məzmundan asılıdır.
Hostinq nədir?
Hostinq — xüsusi İnternet xidməti. Web-sayt yaradanlar saytı internetdə yerləşdirmək və istifadəçilərə tanıtmaq (hər hansı bir məhsul və ya xidmət haqqında hazırladığı səhifələri, şəkilləri, sənədləri) istəyirlər. Bunun üçün saytı xüsusi olaraq hazırlanmış, İnternet şəbəkəsinə çox surətli bağlantısı olan, minlərlə istifadəçiyə eyni vaxtda xidmət verə bilən bir serverdə yerləşdirmək lazımdır. Sayta aid səhifələri, şəkilləri, sənədləri İnternet istifadəçilərinə təqdim edən serverlərə veb serverlər, bu serverin yaddaşında sənədləri yerləşdirmək üçün ayrılmış yerə isə hostinq deyilir. İnternet şəbəkəsindəki verilənlərin yerləşdirilməsini, saxlanılmasını hostinq ximətləri həyata keçirir. Veb hostinq saytın İnternetdə yerləşdirilməsi, saxlanılması, istifadəçilərin sayta əlçatanlığını təmin edir. İnternetin yeni xidmət növüdür. Bu xidmətləri göstərən qurum Hostinq Provayder adlanır.Mən də bir Web Usta olaraq, uzun illər sayt yığma prosesində bir çox xostinqlərdən istifadə etmişəm. Və indi tam rahat Sizlərə aşağıdakı hostinq şirkətlərinin xidmətlərindən istifadə etməyə məsləhət edə bilərəm:
1. IfastNet
IfastNet Hostinq Provayder Böyük Britaniyada yerləşir. Çox keyfiyyətli və etibarlı bir hostinq xidməti təklif edir. Hostinqin idarəetmə paneli cPanel-dir. Hansı ki, bütün hostinq idarəetmə panelləri arasında ən professional və mükəmməl hesab olunur. Hostinqin xidmətlərini almaq üçün Debet Kartları və Paypal ödəmə sistemi ilə ödəniş etmək mümkündür.
IfastNet Hostinq Provayderində qeydiyyatdan keçib, öz saytınız üçün hostinq almaq istəyirsinizsə, onda aşağıdakı bannerə klik edib, Hostinq Provayderin rəsmi saytına keçid alın:
2. Zomro

Zomro Hostinq Provayderində qeydiyyatdan keçib, öz saytınız üçün hostinq almaq istəyirsinizsə, onda aşağıdakı bannerə klik edib, Hostinq Provayderin rəsmi saytına keçid alın: